Gənclər Fondu 47 gəncin xaricdə təhsilini maliyyələşdirəcəkbackend

Gənclər Fondu 47 gəncin xaricdə təhsilini maliyyələşdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər Fondundan İnterpress.az-a verilən məlumata görə, Fondun təqdim etdiyi universitet siyahısında və ixtisası prioritet ixtisaslar siyahısında yer alan şəxslər iyulun 15-31-də həyata keçirilən müsahibələrə dəvət edilib.

Müsahibələrin nəticələri, şəxslərin akademik göstəriciləri (qəbul balı, təhsili üzrə orta müvəffəqiyyət göstəricisi, beynəlxalq dil qiymətləndirilməsi və s.) nəzərə alınmaqla müqayisəli şəkildə təhlil edilərək “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi” istiqaməti üzrə 47 nəfərin təhsil xərcinin maliyyələşdirilməsinə qərar verilib.

Gənclərin təhsili müsabiqənin qaydalarına uyğun olaraq tam və ya qismən maliyyələşdiriləcək.

İnterpress.az