Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilirbackend

Muxtar respublikada operativ vergi nəzarəti tədbirləri davam etdirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyindən İnterpress.az-a bildirilib ki, operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar edilib. Keçirilən nəzarət tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və həmin şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb. Aparılan operativ nəzarət işləri zamanı tətbiq olunmuş iki yüz manat maliyyə sanksiyası məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 19 işəgötürəndə aparılan araşdırmalar zamanı 68 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

İnterpress.az