Fətullah Gülənin çayçısı saxlanıldıbackend

Fətullah Gülənin çayçısı saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “paralel quruluş”a qarşı şifrəli telefonlara qanunsuz qulaq asmaqla bağlı keçirilən əməliyyatlarda rəsmi qurumda işləyən 24 nəfər saxlanılıb. Onlardan 5-i haqqında həbs qətimkan tədbiri seçilib.

Xüsusi gizliliklə aparılan araşdırmada bəzi işçilərin Gülən camaatıyla əlaqəli olduğu aşkarlanıb. Məlum olub ki, “paralel quruluş”un dövlət qurumunda 4 nəfərdən ibarət qruplaşması var.

Bu qruplaşma daha üst səviyyədəki bir “abi”yə (böyük qardaş) bağlıdır. Araşdırmalarda həmin “abi”lərin kimliyi bəlli olub. Onlar kod adıyla əlaqə saxlayıblar.
Saxlananlar arasında İsmayıl Bakarın Fətullah Gülənin “çayçı”sı olduğu üzə çıxıb. Təhsil Nazirliyinin xəttiylə 2009-cu ildə ABŞ-a gedən Bakar orada olduğu müddətdə Gülənin yanında qalıb və onun xidmətində olub. 2001-ci ildə Türkiyəyə qayıdaraq TRB-də işə götürülüb.

İnterpress.az