Media nümayəndələri müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsini izləyiblərbackend

Media nümayəndələri müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsini izləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, gün ərzində Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif və rus dili müəllimliyi üzrə 750 namizədin müsahibə mərhələsində iştirakı gözlənilir. Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 min 728 nəfərin iştirakı nəzərdə tutulur.

Bildirilib ki, müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim edirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyənləşdirilir.

Mediatur iştirakçılarının diqqətinə çatdırılıb ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 54 min 687 namizəd müraciət edib, onlardan 48 min 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. Müsabiqənin imtahan mərhələsində isə 41 min 288 namizəd iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 min 609 namizəddən 14 min 3 nəfər elektron ərizəsini təsdiqləyib.

Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən çox vakant yer müsabiqəyə çıxarılıb. Musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42, fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib.

Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib.

Qeyd edilib ki, müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilib. Ümumilikdə son 5 ildə məktəblərin müəllim heyəti keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.

Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi avqustun 19-dan başlanıb.

İnterpress.az