ABŞ Suriyadakı türk hərbçilərinə edilmiş hücumu pisləyibbackend

ABŞ Suriyadakı türk hərbçilərinə edilmiş hücumu pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Morgan Ortaqus “Twitter” hesabında Suriyanın İdlib bölgəsindəki türk hərbçilərinə və mülki şəxslərə endirilən hava zərbələrini pisləyən bəyanat yayıb. Bəyanatda qeyd edilir: “Əsəd rejimi və müttəfiqləri İdlibdəki dərhal atəşkəsi bərpa etməlidirlər. Türk hərbçilərinə endirilən xain hava hücumundan sonra mülki şəxslər, humanitar qruplar və binalar vəhşicəsinə hədəfə alındı. Biz bu şiddəti qətiyyətlə pisləyirik”.

Qeyd edək ki, bu günlərdə İdlibdə türk hərbçiləri hökumət qüvvələri tərəfindən hava hücumuna məruz qalmışdılar. Nəticədə 3 mülki şəxs öldürülüb, 12-si isə yaralanıb.

İnterpress.az