Şirvanlı məzunlardan 19-u 600-dən yuxarı, 41 nəfəri isə 500-600 arası bal toplayıbbackend

Şirvanlı məzunlardan 19-u 600-dən yuxarı, 41 nəfəri isə 500-600 arası bal toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhər təhsil şöbəsindən İnterpress.az-a bildiriblər ki, 2018-2019-cu tədris ilində şəhərdə fəaliyyət göstərən 14 tam orta məktəbi 672 şagird bitirib. XI sinfi bitirən şagirdlərdən 470-i respublikamızın müxtəlif ali təhsil müəssələrinə sənəd verib. Onlardan 332 nəfəri test tapşırıqlarını düzgün cavablandıraraq tələbə adını qazanıb. Məzunlardan 322 nəfəri respublikamızın, 10 nəfəri isə xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olub. Məzunlardan 19-u 600-dən yuxarı, 41 nəfəri isə 500-600 arası bal toplayıb.

Şəhər 16 və 21 nömrəli tam orta məktəblərin şagirdləri qəbul imtahanlarında xüsusilə fərqləniblər. 16 nömrəli məktəbin texniki təmayüllü sinfinin 20 məzunundan 19-u, 21 nömrəli məktəbin humanitar və riyaziyyat-iqtisadiyyat sinfinin 21 məzunundan isə 20-si ali məktəbə qəbul olub.

Ali məktəblərə sənəd verən şagirdlər arasında ən yüksək nəticəyə isə şəhər 21 nömrəli tam orta məktəbin məzunu Natəvən Ümidova imza atıb. O, 665 bal toplayaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olub.

Qeyd edək ki, ötən illə müqayisədə şəhər üzrə tələbə qəbulunun göstəricisi 18 faiz artıb.

İnterpress.az