RAİ-nın və ADİM-in QARABAĞ komandası Çeçenistanda beynəlxalq turnirdə iştirak edəcəklərbackend

RAİ-nın və ADİM-in QARABAĞ komandası Çeçenistanda beynəlxalq turnirdə iştirak edəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqının və Azərbaycan Diasporu İnformasoya Mərkəzinin “Qarabağ” adlı komadası Avqustun 22-də Çeçenistanın paytaxtı Qroznı şəhərində keçriləcək “Nə? Harada? Nə zaman?” intellektual turnirində iştirak edəcəklər.

Səfər çərçivəsində turnir iştirakçıları Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Qroznı şəhərindəki abidəsini və çeçen xalqının milli lideri Hacı Əhməd Kadırovun məzarını ziyarət edəcək.

Qeyd edək ki, səfər Rusiya Azərbaycanlıları İttifaqının prezidenti iş adamı Fizuli Məmmədovun dəstəyi, Azərbaycan Diasporu İnformasoya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. səfər zamanı rəsmi görüşlər də nəzərdə tutulub, o cümlədən Rusiya Azərbaycanlıları İttifaqı və Azərbaycan Diasporu İnformasoya Mərkəzi adından Çeçenistanın Gənclər və İdman Naziri İsa İbrahimova və bir neçə Çeçenistan rəsmisinə təşəkkür plaketləri təqdim ediləcək. Həmçinin Çeçenistanda Fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə görüşlər nəzərdə tutulub.

İnterpress.az