Gürcüstanda mal-qaranın sayı azalıbbackend

Gürcüstanda mal-qaranın sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, 2019-cu ilin ikinci rübündə ölkədə iri və xırda buynuzlu mal-qaranın sayında azalma müşahidə olunub. Hazırda Gürcüstanda 965 min baş iri buynuzlu mal-qara qeydiyyatdadır. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz azdır.

Azalma xırda buynuzlu mal-qaranın sayında da müşahidə olunub. Belə ki, hesabat dövründə ölkədə 1 milyon baş xırda buynuzlu heyvan var. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azdır.

Bəzi ekspertlərin fikrincə, ölkədə heyvandarlığın zəif inkişaf etməsi, iri və xırda buynuzlu mal-qaranın sayının azalması iqtisadi problemlərə gətirib çıxaracaq.

Bu cür azalma ölkədə ət və ət məhsullarının qiymətinin artmasına səbəb olacaq. (azərtac)

İnterpress.az