“Beşiktaş” Almaniyada çıxış edən futbolçunu heyətinə cəlb etməyi planlaşdırırbackend

“Beşiktaş” Almaniyada çıxış edən futbolçunu heyətinə cəlb etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi həm klubla, həm də ukraynalı yarımmüdafiəçi ilə razılıq əldə edib. İstanbul komandasının bu transfer üçün “Şalke”yə üç milyon avro ödəyəcəyi bildirilir.

İyirmi doqquz yaşlı oyunçu ilə dördillik müqavilə imzalanacağı nəzərdə tutulur. O, “Beşiktaş”da illik 2,5 milyon avro maaş alacaq.

Qeyd edək ki, peşəkar karyerasına “Dnepr”də başlayan futbolçu 2015-ci ildə “Sevilya”ya transfer olub. Y.Konoplyanka sonradan 12 milyon avroya Almaniyanın “Şalke” komandasına keçib.

İnterpress.az