Yaponiyanın Müdafiə Nazirliyi Şimali Koreyanın nüvə silahına malik olması qənaətindədirbackend

Yaponiyanın Müdafiə Nazirliyi Şimali Koreyanın nüvə silahına malik olması qənaətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə avqustun 21-də “Yomiuri Shimbun” qəzeti məlumat yayıb. Qeyd edilir ki, nazirliyin rəyinə görə Pxenyandan “ciddi və irəliləyən təhlükə gözlənilir”.

Xatırladaq ki, nazirliyin ötən il nəşr etdiyi eyni sənəddə Şimali Koreyanın silahlanma istiqamətində irəliləyişi, ABŞ və Şimali Koreya liderləri arasında nüvə silahının ləğvi ilə bağlı əldə edilən razılaşmalar fonunda Koreya yarımadasında vəziyyətin nəzarətdə saxlanmasının zəruriliyi qeyd edilirdi.

Nüvə silahının miniatürləşdirilməsi və nüvə başlıqlarının yaradılması ilə bağlı isə ötənilki hesabatda Şimali Koreyanın “həmin planların reallaşmasına” yaxınlaşdığı bildirilirdi. Yeni “Ağ kitab”ın yaxın bir ayda nəşr olunacağı gözlənilir. Təqribən 500 səhifə həcmində olan həmin nəşrdə Tokionun təhlükəsizliklə bağlı əsas mövqeyi öz əksini tapacaq.

Ötən ilin aprelində Pxenyan nüvə silahlarının, həmçinin müxtəlif məsafəli ballistik raketlərin sınaqlarından imtina etdiyini elan edib. Cari ilin mayında isə əvvəllər altı yeraltı nüvə sınağının keçirildiyi Pxunqeri poliqonunu ləğv edib. 2016-2017-ci illərdə Şimali Koreya təqribən 40-dək ballistik raket sınağı keçirib.

İnterpress.az