Səudiyyə Ərəbistanında mindən çox qadın himayədarın icazəsi olmadan xaricə yollanıbbackend

Səudiyyə Ərəbistanında mindən çox qadın himayədarın icazəsi olmadan xaricə yollanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə yerli “Al Youm” qəzeti məlumat yayıb.

Xatırladaq ki, bu yaxınlarda Səudiyyə Ərəbistanın hakimiyyəti qadınların xarici ölkəyə getməsinin sadələşdirilməsi üçün qanuna dəyişikliklər edib. Yeni qanun əsasında 21 yaşına çatmış qadınlar kişi himayədarının (həyat yoldaşı və yaxud kişi cinsindən olan yaxın qohumlarının) razılığı olmadan xaricə getməyə icazə verilib. Səudiyyə Ərəbistanı hakimiyyətinin bəzi qanunlara dəyişikliklər edilməsi nəticəsində, həmçinin qadınlara onlara cavabdeh kişi cinsindən olan ailə üzvlərinin razılığı olmadan xarici pasport almaq üçün sənəd vermək və pasport almaq hüququ verilib. (azərtac)

İnterpress.az