Masallıda yay bal süzümünə başlanılıbbackend

Masallıda yay bal süzümünə başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu il ilk dəfə olaraq arıçılara dövlət tərəfindən subsidiyaların verilməsi arıların bəslənməsindəki çətinlikləri aradan qaldırıb, yüksək məhsuldarlığa zəmin yaradıb.

Adətən arı pətəklərindən bal kəsimi yaz və yay aylarında olmaqla 2 dəfə aparılır. Lakin daha çox məhsul əldə etmək üçün bəzi arıçılar yalnız yayda bal kəsimi aparırlar.

Bu il hər bir arı ailəsinə görə dövlət tərəfindən subsidiyaların verilməsi fermerlərin zərərvericilərə qarşı vaxtında mübarizə aparmasına şərait yaradıb.

Həmçinin bu ildən etibarən cənub bölgəsində istehsal olunan balın Rusiya və Ukraynaya ixracına başlanılıb. Hazırda arıçılar sifarişləri yerinə yetirmək üçün səylə çalışırlar. Orta hesabla bir kiloqram balın qiyməti 25-30 manat arasında dəyişir.

Arçılar bal ilə yanaşı ondan bir neçə dəfə baha satılan məhsullar da əldə edirlər. Müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan “Çiçək tozu” 70, “Güləm” 150, “Vərəmum” isə 400 manata satılır.

İnterpress.az