Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcəkbackend

Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən İnterpress.az-a bildiriblər ki, qəbulda Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının, Gəncə və Naftalan şəhərlərinin sakinləri iştirak edəcəklər.

Qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl rayonu Hummer prospekti 2) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Daşkəsən (050 475-11-81), Goranboy (050 204-66-12), Göygöl (050 225-93-29), Samux (070 902-36-53), Gəncə (050 264-01-51), Naftalan (070 522-48-12) rayon və şəhərlərinin gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

İnterpress.az