Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bakıda internetdən istifadə ilə bağlı layihə icra edilib

Gənclər internetdən necə istifadə etməlidir?

Dərc edilib: 21 avqust 2019 [15:51]
Baxış sayı: 5044

İnterpress.az xəbər verir ki, “Gənclər arasında "İnternetdən necə faydalanmalı?" mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi başa çatıb.

“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Yasamal rayonunda keçirilən layihə yeniyetmə və gənclərin böyük marağına səbəb olub, internetin faydalı cəhətləri, həmçinin zərərli tərəfləri haqqında da onlara geniş məlumatlar verilib, ictimai müzakirələr aparılıb.

Layihənin icrasında qarşıya qoyulan vəzifə gənclərə internetin imkanlarından daha səmərəli istifadə yollarını öyrətmək, “Google”, “Youtube” və s. bu kimi sosial servislərin imkanları barədə, eləcə də maraqlı təhsil yönümlü internet resursları haqqında məlumatlar vermək, eyni zamanda “təhlükəsiz internet sitifadəçisi” olmağa təşviq etmək olub.

Layihə çərçivəsində keçirilən tədbirlər vasitəsilə gənclər internetin imkanlarını tədqiq etməyi, eləcə də təhlükəsilik qaydalarına riayət etməklə internetin törədə biləcəyi fəsadların qarşısını almağı öyrəniblər.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179