UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçirilibbackend

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, ikinci oyun günündə III təsnifat mərhələsində gözlənilmədən Porquqaliya \”Portu\”sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar komandası Yunanıstanda “Olimpiakos”un qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0.

Serbiya çempionu “Srvena Zvezda” İsveçrədə “Yanq Boyz\”la heç-heçə edib. Hər iki matçda 4 qol qeydə alınıb.

Xorvatiyanın \”Dinamo\” (Zaqreb) klubu isə Norveç “Rusenborq\”u üzərində inamlı qələbə qazanıb.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

23:00. “Yanq Boyz” (İsveçrə) – “Srvena Zvezda” (Serbiya) – 2:2

Qollar: Roje Assale, 7. Giyom Hoaro, 76 (penalti ilə) – Miloş Degenek, 18. Mateo Qarsia Esekyel, 46

23:00. \”Dinamo” (Zaqreb, Xorvatiya) – “Rusenborq” (Norveç) – 2:0

Qollar: Bruno Petkoviç, 8. Mislav Orşiç, 28

23:00. “Olimpiakos” (Yunanıstan) – “Krasnodar” (Rusiya) – 4:0

Qollar: Migel Anxel Gerrero, 30. Lazar Ranceloviç, 78; 85. Daniel Podense, 89

Qeyd edək ki, Çempionlar Liqasının \”pley-off\” mərhələsinin cavab görüşləri 27-28 avqustda keçiriləcək.

İnterpress.az