Yaponiya-Rusiya “atışması” başladıbackend

Yaponiya-Rusiya “atışması” başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiyanın “Sankei Shimbun”gündəlik qəzeti yazıb. Yaponiya mətbuatı Krımla Kurili müqayisə edərək Rusiyanı tarixi təhrif etməməyə çağırıb.

“Dünya ictimaiyyəti Rusiyanı Krımı anneksiya edərək beynəlxalq qaydaları pozduğu üçün sərt tənqid edir. Yaponiya naziri dünya ictimaiyyətinə izah edib ki, Ukraynadakı durum Kuril məsələsiylə oxşardır. İkisində də status-kvo güc yoluyla dəyişdirilib. Rusiyanın belə reaksiyası ona görədir ki, ağrılı yerinə basılıb”.

Yazının müəllifi Putinin bu il gözlənilən Yaponiya səfərinə diqqət edilməsini məsləhət görüb: “Əgər Rusiya tarixi faktları inkar edirsə səfər zamanı danışıqların faydası olmayacaq. Bunu Rusiya tərəfinə bildirmək lazımdır”.

Buna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Cənubi Kuril adaları ölkənin qanuni ərazisidir. Rusiya XİN-i Yaponiyanı tarixdən dəsr götürməməkdə ittiham edib.

İnterpress.az