Aktrisa Keyt Blanşett karyerasını bitirməyi planlaşdırırbackend

Aktrisa Keyt Blanşett karyerasını bitirməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü rejissor Riçard Linkleyterin dünyanın o başında xoşbəxtlik axtaran qadının şəxsi dramından bəhs edən \”Hara yoxa çıxdın, Bernadett?\” (Where\’d You Go Bernadette, 2019) adlı filminin Nyu-Yorkda təqdimatından sonra aktrisadan müsahibə alan \”Vulture\” internet portalı yazıb.

\”Bəli, mənim üçün dayanmaq vaxtı gəlib. Tamamilə doğrudur. Və mən əminəm ki, dünyanın istənilən yerindən olan tamaşaçılar bu filmə baxıb deyəcəklər: Bəli, həqiqətən də onun üçün dayanmağın vaxtı çatıb\”, – deyə aktrisa jurnalistin \”onun fevral ayında söylədiyi kimi həqiqətənmi karyerasını bitirməyi düşünməsi\”nə dair sualına cavabında bildirib.

Keyt Blanşettin sözlərinə görə, o, \”öncədən üzr istəmək niyyətindədir\”, lakin eyni zamanda etiraf edib ki, o, hər dəfə çəkilişləri yekunlaşdırdıqda bu cür fikirlər ağlına gəlməyə başlayır.

\”Bəli, hər dəfə belə olur\”, – deyə aktrisa əlavə edib.

İnterpress.az