Göyçayda dünya çempionu ilə görüşbackend

Göyçayda dünya çempionu ilə görüş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə yeniyetmə güləşçi Laçın Vəliyevi və onun məşqçisi Kamran Baxışovu qazanılan böyük uğur münasibətilə təbrik edərək, onlara yeni-yeni qələbə sevincləri arzulayıb. Mehdi Səlimzadə Prezident İlham Əliyev tərəfindən Azərbaycanda idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları bu qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, gənc idmançılar, məşqçi-müəllimlər, veteran idmançılar çempionu təbrik edib, ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Görüşdə dünya birincisi Laçın Vəliyevə xatirə hədiyyəsi verilib.

İnterpress.az