Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



ASCO-ya məxsus gəmi Qara dənizdə müntəzəm fider konteyner xətti üzrə daşımalara başlayacaq

Gürcüstanın paytaxtı Tbilisidə “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin işçi qrupunun iclası keçirilib.

Dərc edilib: 22 avqust 2019 [16:10]
Baxış sayı: 4642

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) İnterpress.az-a bildirilib ki, ASCO sədri Rauf Vəliyevlə yanaşı, Gürcüstan, Qazaxıstan və Rumıniyadan olan dəmiryolu və dəniz nəqliyyatı şirkətlərinin nümayəndələrinin də qatıldığı yığıncaqda Qara dənizdə Gürcüstanın Batumi və Rumıniyanın Konstansa limanları arasında ASCO gəmisi vasitəsilə konteyner daşımalar xəttinin yaradılması məsələsi müzakirə olunub və bununla bağlı qərar qəbul edilib.

Bu xətt üzrə əsas yük kimi Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətlərindən tranzit yüklərin daşınması nəzərdə tutulub. Gözləntilərə görə, adıçəkilən istiqamətlər üzrə Qara dənizdə konteyner xətti ilə yüklərin çatdırılması müddəti azalacaq. Bu da Qara dəniz üzərindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Middle Corridor) cəlbediciliyini və Azərbaycan üzərindən keçən tranzit konteyner daşımalarının həcmini artıracaq.

Qeyd edək ki, ASCO-nun Qara dənizdə fider gəmisinin ilk sınaq səfərinin 2019-cu il sentyabrın 20-dək həyata keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, fider gəmi hər 10 gündən bir (ayda 3 dəfə) səfərə çıxacaq. Yük həcmi çoxalacağı halda xətt üzrə gəmilərin sayının və reyslərin müntəzəmliyinin artırılması da nəzərdə tutulub.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179