ADPU-nun Şəki filialına yeni qəbul olunmuş tələbələrin qeydiyyatı davam edirbackend

ADPU-nun Şəki filialına yeni qəbul olunmuş tələbələrin qeydiyyatı davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a filialın direktoru vəzifəsini icra edən Nuralı Çələbiyev məlumat verib.

Bildirilib ki, filialın ayrı-ayrı ixtisaslarına yeni qəbul olunmuş tələbələrin keçid balları 202-660 arasında dəyişir. Tələbələrin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Şimal-qərb bölgəsinin elmi-mədəni mərkəzi kimi tanınan bu ali məktəbin əsası 1991-ci ildə qoyulub. 1991-2000-ci illərdə Bakı Dövlət Universitetinin, 2000-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun filialı adı ilə fəaliyyət göstərən bu ali təhsil müəssisəsi 2015-ci ilin noyabrından ADPU-nun tabeliyinə verilib.

Hazırda filialda 658 tələbə təhsil alır. Onların təlim-tərbiyəsi ilə 98 nəfər professor-müəllim məşğul olur. Onlardan 3-ü elmlər doktoru, 19-u fəlsəfə doktoru, 36-sı baş müəllim, 40-ı isə müəllimdir.

İnterpress.az