Kürdəmirdəki maarifləndirmə tədbirində miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklərdən danışılıbbackend

Kürdəmirdəki maarifləndirmə tədbirində miqrasiya qanunvericiliyinə edilmiş son dəyişikliklərdən danışılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DMX-nin mətbuat xidmətindən İnterpress.az-a bildiriblər ki, tədbirdə rayonun kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, tibb və təhsil işçiləri, ictimai təşkilatların təmsilçiləri, sahibkarlar, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Mövzu ilə bağlı məruzələr dinlənildikdən sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbirin sonunda vətəndaş məmnunluğunun təmin olunması məqsədilə altı nəfərə səyyar xidmət göstərilib. Dörd nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi, bir nəfərə ölkədə müvəqqəti yaşama icazəsinin alınması ilə bağlı sənədlərin siyahısı verilib. Bir nəfərin isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciəti qəbul olunub.

Miqrasiya sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.

İnterpress.az