Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dərc edilib: 22 avqust 2019 [17:45]
Baxış sayı: 4454

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən İnterpress.az-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında Astara gömrük postunun yük-idxal xəttində İranın “Mekanizasion Keshavarzi Shali Kasht” şirkətindən ölkəmizə kafel gətirən, Azərbaycan vətəndaşının idarə etdiyi “Maz” markalı yük avtomobili saxlanılıb. Həmin nəqliyyat vasitəsinə “Tobi” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib. Baxış zamanı xidməti it nəqliyyat vasitəsinin kabinəsinə reaksiya verib. Kabinədə aparılan yoxlama nəticəsində hər iki qapının üzlüyündə, arxa yataq hissəsinin divarında və sağ oturacağın altındakı boşluqda gömrük nəzarətindən gizlədilən 16 min 200 ədəd “Senator”, 7000 ədəd “Milano” və 2000 ədəd “Kent” markalı siqaretlər aşkarlanıb. Daha sonra stasionar rentgen qurğusundan keçirilən yük nəqliyyat vasitəsinin qoşqusundakı 3 yeşiyin hər birinin alt hissəsində, xüsusi düzəldilən saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 7600 ədəd “Senator” və 13 min 800 ədəd “Milano” markalı siqaretlər tapılıb.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179