Moskvada “Nəsil” ümumrusiya vətənpərvər millətlərarası gənclər düşərgəsi keçiriləcəkbackend

Moskvada “Nəsil” ümumrusiya vətənpərvər millətlərarası gənclər düşərgəsi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, tədbirdə tələbələrin, gənclərin və ictimai təşkilatların, etnomədəni dərnəklərin rəhbərlərinin iştirakı nəzərdə tutulub. Üçüncü dəfə təşkil olunacaq bu tədbir oktyabrın 16-dan 21-dək Moskva vilayətində baş tutacaq. Tədbir iştirakçıları siyasətçilər, ictimai xadimlər, sənətçilər, musiqiçilər, yazıçılarla görüşərək uğur hekayələrini bölüşmək imkanı əldə edəcəklər. Həmçinin master-klaslar təşkil ediləcək, iştirakçılar doğma dillərində mahnı oxuyacaq, milli rəqsləri nümayiş etdirəcəklər.

Düşərgə böyük konsert və ən yaxşı qısametrajlı filmlərin müəlliflərinin mükafatlandırılması ilə başa çatacaq.

Xatırladaq ki, ötən il Moskva vilayətində təşkil olunan tədbirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Özbəkistandan tələbələr, gənclər, ictimai təşkilatların, etnomədəni birliklərin rəhbərləri də daxil olmaqla 150-dən çox gənc iştirak edib.

İnterpress.az