Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunubbackend

Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Qazaxıstan Xalqlar Assambleyası tərəfindən hazırlanan festivalda Nur-Sultanda fəaliyyət göstərən Azərbaycan Xəzər etnik mədəniyyət mərkəzi xalqımıza aid adət-ənənələri təqdim edib. Soydaşlarımız tərəfindən izləyicilərə elimizin qədim toy adətləri, “xınayaxdı” və “elçilik” təqdim olunub. Bundan başqa tamaşaçılara milli musiqi aləti olan sazda xalq mahnıları ifa edilib.

Festivalda Çeçen-İnquş və Gürcüstanın sosial-mədəni mərkəziləri də milli rəqslərini və mədəniyyətlərini tamaşaçılara sərgiləyiblər.

İnterpress.az