Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilibbackend

Bu günə olan Dubay-Bakı-Dubay aviareysi ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər verir ki, “FlyDubai” aviaşirkətinin yerli vaxtla saat 11:00-da “FZ 709” saylı Dubaydan Bakıya uçuşu ləğv olunub.

Həmçinin bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv olunduğundan aviaşirkətin 12:00-da Bakıdan Dubay istiqamətində “FZ 710” saylı reysi də ləğv edilib. Aviareyslər “Boeing 737-800” təyyarəsi ilə həyata keçirilməli idi.

Dubay-Bakı-Dubay aviareysinin hansı səbəbdən ləğv edildiyi məlum deyil.

İnterpress.az