“Huawei” Çinin ən böyük 500 özəl şirkətləri siyahısına liderlik edirbackend

“Huawei” Çinin ən böyük 500 özəl şirkətləri siyahısına liderlik edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Çinin Sənaye və Kommersiya Federasiyası ölkənin özəl şirkətlərinin siyahısını onların ötən il üzrə dövriyyəsi əsasında hazırlayıb. “Huawei” 4-cü dəfədir ki, bu siyahıya başçılıq edir.

Siyahıda “HNA Group”, “Suning”, “Amer International”, “Evergrande”, “JD.com”, “Country Garden”, “Hengli Group”, “Legend Holdings” və “Gome Holdings” kimi iri şirkətlər də var. Federasiyanın vitse-prezidenti Huan Ron bildirib ki, siyahıya 18,59 milyard yuandan (təxminən 2,5 milyard dollar) yuxarı dövriyyəsi olan şirkətlər yer alıb. Siyahıdakı 500 şirkətin ümumi dövriyyəsi isə 4 trilyon dolları ötüb ki, bu da əvvəlki illə müqayisədə 16,44 faiz çoxdur.

Hazırda Çinin 12 özəl şirkəti dünyanın ən iri 500 şirkəti siyahısındadır.

İnterpress.az