Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Şəhriyar Məmmədyarov amerikalı Uesli So ilə qarşılaşacaq

Avqustun 23-də “Grand Chess Tour 2019” şahmat seriyasının beşinci mərhələsi çərçivəsində ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan Sinkfild kuboku turnirinin altıncı turunun görüşləri keçiriləcək.

Dərc edilib: 23 avqust 2019 [15:29]
Baxış sayı: 4049

İnterpress.az xəbər verir ki, şahmatçımız Şəhriyar Məmmədyarov növbəti turda amerikalı Uesli So ilə qarşılaşacaq.

Digər görüşlərdə amerikalı şahmatçılar Hikaru Nakamura hazırkı dünya çempionu Maqnus Karlsen, Fabiano Karuana fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Yan Nepomnyaşi çinli Dinq Liren, hindistanlı Vişvanatan Anand hollandiyalı Aniş Qiri, rusiyalı Sergey Karyakin ermənistanlı Levon Aronyanla mübarizə aparacaqlar.

Beş turdan sonra şahmatçımızın aktivində 2,5 xal var. V.Anand, D.Liren, F.Karuana 3, M.Vaşe-Laqrav, M.Karlsen, S.Karyakin, Y.Nepomnyaşı 2,5, L.Aronyan, A.Qiri, H.Nakamura 2 xal toplayıblar.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176