Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Xarkov şəhər merinə İrəvan xalçalarına dair kitab hədiyyə edilib

Ukraynanın Xarkov şəhərinin yaradılmasının 365-ci ildönümü münasibətilə şəhər meri tərəfindən rəsmi qəbul keçirilib.

Dərc edilib: 23 avqust 2019 [15:41]
Baxış sayı: 4525

İnterpress.az xəbər verir ki, bir çox xarici ölkələrin şəhər merləri, dövlət administrasiya rəhbərləri, diplomatik nümayəndəliklərin qatıldığı tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları da iştirak edib.

Xarkov şəhər meri Gennadi Kernes çıxışında qeyd edib ki, Xarkov 76 il öncə alman faşistlərindən azad edildikdən sonra inkişaf edib. Hazırda da şəhərin daha da inkişafı üçün layihələr həyata keçirilir. Bu işdə beynəlxalq tərəfdaşlar da öz töhfəsini verməkdədir. Mer bildirib ki, Xarkov şəhərinin beynəlxalq əlaqələri genişlənir, qardaş şəhərlərin sayı artmaqdadır.

Səfirliyimizin konsulu Hüseyn Mərcanov, birinci və ikinci katiblər Namiq Niftullayev və Samir Allahverdiyevin iştirak etdiyi tədbirdə Azərbaycan adından merə İrəvan xanlığına aid olan xalçalara dair kitab təqdim edilib. Səfirin təbriklərini çatdıran S.Allahverdiyev bildirib ki, İrəvan xalçaları Azərbaycanın tarixən daha çox tanınan xalçalar qrupuna aiddir.

Mer göstərilən diqqətə görə, Azərbaycanın Ukraynadakı səfirliyinə təşəkkürünü bildirib.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176