Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 2019-cu il üçün növbəti nömrəsi avqustun 23-də işıq üzü görüb.

Dərc edilib: 23 avqust 2019 [15:04]
Baxış sayı: 3273

AMEA-dan İnterpress.az-a bildirilib ki, qəzetin birinci səhifəsindəki “Tarixi mənbələrə əsaslanan nəşr” məqaləsi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Azərbaycan və rus dillərində çapdan çıxmış “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabına həsr olunub. Sonrakı səhifələrdə “Birinci Xəzər İqtisadi Forumu”, “Tanınmış alim”, “Sadəcə başlamaq lazımdır”, “Sabitlik adasının mühüm siması”, “Ömrün müdrik çağı”, "Koroğlunun ustadnamələri" məqalələri yer alıb.

Bundan başqa, oxucular “Elmi lektoriya təşkil olunacaq”, “Geniş imkanlar”, “Qalib layihə”, “Əkiz qardaşlar”, “Milli Kitabxanada sərgi”, “Astroseminar” sərlövhəli maraqlı materiallarla, eləcə də AMEA Naxçıvan Bölməsinin və akademiyanın institutlarının yeni nəşrləri ilə tanış ola bilərlər.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176