Qubada inşa olunan yaşayış binası gələn il istifadəyə veriləcəkbackend

Qubada inşa olunan yaşayış binası gələn il istifadəyə veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Prezident İlham Əliyevin “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncamı ilə inşa olunan bina 4 mərtəbəlidir. İki girişdən ibarət çoxmənzilli binanın ümumi sahəsi 980 kvadratmetrdir.

Molla Pənah Vaqif küçəsində inşa olunan çoxmənzilli binanın tikintisinə apreldən başlanılıb. Hazırda binanın 3-cü mərtəbəsində dəmir konstruksiyaların quraşdırılması və betonlama işləri aparılır.

Baş mühəndis Bəhmən Hüseynov bildirib ki, 48 mənzildən 20-si üç, 16-sı iki, 12-si isə bir otaqlıdır. Mənzillərin hər biri müasir standartlara uyğun istilik və elektrik sistemi ilə təchiz olunacaq və tam təmirli şəkildə əhalinin istifadəsinə veriləcək.

Sentyabr ayından binada mişar daşı ilə hörgüyə başlanılacaq. Tikintidə əsasən yerli tikinti materiallardan istifadə olunur. İnşaat işlərində 60-dək rayon sakini işlə təmin edilib.

Binanın həyətində müasir qazanxana, avtomobil dayanacağı və sakinlərin istirahəti üçün park yaradılacaq. (azərtac)

İnterpress.az