Ermənistandan helikopter etirafıbackend

Ermənistandan helikopter etirafı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, S. Ohanyan helikopterin vurulması faktı ilə bağlı xidməti təhqiqat apardıqlarını söyləyib: “Bununla əlaqədar bəzi insanlar töhmət alıblar və işdən çıxarılanlar da olub. Təlim uçuşu həyata keçirən helikopterin heyəti bir qədər kursdan kənara çıxıb”.

Xatırladaq ki, 2014-cü il noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli hərbi helikopter döyüş kursuna enərək Azərbaycan ordusunun mövqelərimizə hücuma cəhd edib. Azərbaycan əsgərləri tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. Helikopterin 3 heyət üzvü ölüb.

İnterpress.az