Bilyard üzrə Biləsuvar birinciliyinin qalibləri müəyyənləşibbackend

Bilyard üzrə Biləsuvar birinciliyinin qalibləri müəyyənləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, birinciliyin mükafatlandırma mərasimində çıxış edən Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Quliyev yarışın keçirilməsində əsas məqsədin gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması və bilyard idman növünün daha da inkişaf etdirilməsidir. O, mükafata layiq yerlər tutan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Olimpiya sistemi ilə keçirilən mübarizənin final mərhələsində yüksək nəticə göstərən Ruslan Əmirli birinci yeri tutub. İlqar Feyzizadə ikinci, Kənan Məmmədli üçüncü yerə sahib olublar.

Qaliblər Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldılar.

İnterpress.az