İsmayıllı Peşə Tədris Mərkəzində təşkil olunan təlim yekunlaşıbbackend

İsmayıllı Peşə Tədris Mərkəzində təşkil olunan təlim yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) eksperti Fərrux Nəcəfov İnterpress.az-a bildirib ki, təlim pilot peşə mərkəzlərinin mühəndis-pedaqoji heyətini kənd təsərrüfatı sahəsində ən yeni təcrübə, texnika və metodlarla tanış etmək əsasında onların bilik və bacarıqlarını gücləndirmək məqsədilə təşkil olunub.

İki gün davam edən təlim nəzəri və praktik hissədən ibarət olub. Nəzəri hissədə əhatə olunan məzmun ED VET layihəsi çərçivəsində pilot peşə məktəbləri ilə müəssisələr arasında razılaşmaya əsasən, müəssisələrin ərazilərində salınmış 3 nümayiş sahəsində (“Gilan Diary Farms” MMC, “Gilan Qəbələ Aqrotexservis” MMC və “Park Agro” MMC) əyani olaraq iştirakçılara çatdırılıb.

Təlimdə İsmayıllı Peşə Tədris Mərkəzinin, Qəbələ Dövlət Peşə Tədris Mərkəzinin, Qax Peşə Liseyinin mühəndis-pedaqoji heyəti ilə yanaşı, pilot ixtisaslardan seçilmiş 15 tələbə də iştirak edib.

Xatırladaq ki, ED VET layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir və GIZ tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında 3 peşə təhsili müəssisəsində kənd təsərrüfatı və turizm sahələrində duala bənzər PTT pilotlarının yaradılması ilə peşə təhsili və təliminin cəlbediciliyini, həmçinin əmək bazarının tələblərinə uyğunluğunu artırmaqdır.

İnterpress.az