Edvard Nortonun çəkildiyi “Yetim Bruklin” filminin treyleri işıq üzü görübbackend

Edvard Nortonun çəkildiyi “Yetim Bruklin” filminin treyleri işıq üzü görüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisələr ötən əsrin 50-ci illərində baş verir. Layonel (Edvard Norton) Turetta sindromundan əziyyət çəkən özəl detektivdir, o dostu və müəllimi Frenki (Brüs Uillis) öldürənin kimliyini və bu işdə yerli hakimiyyətin əli olub-olmadığını aydınlaşdırmalıdır.

Dramda həmçinin Alek Bolduin, Uill Defo, Ququ Mbata-Rou və başqaları çəkiliblər.

Tom York və “Red Hot Chili Peppers” qrupunun bas ifaçısı Flea filmin saundtreki üçün “Daily Battles” kompozisiyasını yazıblar.

“Yetim Bruklin” – Amerika yazıçısı Conatan Letemin eyniadlı romanının ekran həllidir.

İnterpress.az