Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR

Açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edib.

Dərc edilib: 23 avqust 2019 [17:18]
Baxış sayı: 5335

İnterpress.az xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqının və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin təşkilatçılğı ilə Azərbaycanın bir qrup QHT və Media təmsilçiləri Rusiya Federasiyası Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərinə səfərdədir.

Rusiya Azərbaycanlıları İttifaqının Vitse prezidenti Elnur Hüseynov və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdilinin də daxil olduğu nümayəndə heyəti Çeçenistan Respublikasının birinci prezidenti, Rusiya Qəhrəmanı Əhməd Kadırovun anadan olmasının 68-ci ildönümü münasibətilə keçiriləcək təntənəli mərasimlərdə iştirak edirlər. Çeçenistanda keçiriləcək tədbirlər sırasında Məhəmməd Peyğəmbərin adını daşıyacaq yeni məscid binasının açılışı baş tutub. 

Açılış mərasimndə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisi (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı və REAL TV-nin rəhbəri Mirşahin Ağayev, RİA-nın vitse prezidenti Elnur Hüseynov və ADİM sədri Toğrul Allahverdili iştirak ediblər.

Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR

Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR

Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR

Azərbaycan rəsmiləri və QHT nümayəndələri Çeçenistanda səfərdədirlər - FOTOLAR


İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179