Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar “Sığortalı ol, sağlam yaşa!” adlı maarifləndirici tədbir keçirilibbackend

Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar “Sığortalı ol, sağlam yaşa!” adlı maarifləndirici tədbir keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai Birlikdən İnterpress.az-a verilən məlumata görə, \”Sığortalı ol, sağlam yaşa!\” adlı tədbirdə rayonun təhsil, mədəniyyət, səhiyyə işçiləri ilə yanaşı, sahibkarlar və rayon sakinləri iştirak ediblər.

Əsas məqsədi rayon əhalisini və ilkin səhiyyə xidməti əməkdaşlarını, o cümlədən tibb işçilərini İcbari Tibbi sığorta sistemi barədə məlumatlandırmaqdan ibarət olan səyyar maarifləndirmə tədbiri rayon Milli parkında başlayıb və Gənclər Mərkəzində davam etdirilib.

“Sağlamlığa xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı çıxış edərək maarifləndirmə tədbirinin əhəmiyyətindən danışıb. Layihə rəhbəri Pərvanə Vəliyeva icbari tibbi sığorta haqqında təqdimatla çıxış edib. Həkim-ekspert Samirə Muxtarova iştirakçıları maraqlandıran sualları cavablandırıb.

İştirakçılara maarifləndirici bukletlər paylanılıb və layihə çərçivəsində hazırlanmış sosial videoçarx nümayiş olunub.

İnterpress.az