“Beşiktaş” “Göztəpə”ni böyük hesabla məğlubiyyətə uğradıbbackend

“Beşiktaş” “Göztəpə”ni böyük hesabla məğlubiyyətə uğradıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən tur gözlənilmədən səfərdə \”Sivasspor\”a məğlub olan İstanbulun \”Beşiktaş\” komandası öz meydanında “Göztəpə”ni qəbul edib.

Baş hakim Ali Palabıyıkın idarə etdiyi qarşılaşmada İstanbul təmsilçisi rəqibin qapısından üç cavabsız top keçirib.

\”Ağ-qaralar\”ın üstünlüyü və hücumları şəraitində keçən matçda

meydan sahiblərinin heyətində Güven Yalçın, (45) Caner Erkin (54) və Adem Lyayic (59) fərqləniblər.

Beləliklə, Abdulla Avcının yetirmələri mövsümün ikinci oyununda qalib gələrək aktivilərinə ilk üç xalı yazdırıblar.

İkinci turun mərkəzi görüşündə \”Başakşəhər\” və \”Fənərbağça\” üz-üzə gələcək.

Avqustun 25-də isə “Qalatasaray” “Konyaspor”u, “Trabzonspor” isə “Yeni Malatyaspor”u sınağa çəkəcək.

Qeyd edək ki, tura avqustun 26-da yekun vurulacaq.

İnterpress.az