Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcəkbackend

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turuna start veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 2019-2020-ci il mövsümünün ikinci turunun görüşləri üç gündə keçiriləcək. Tura bu gün keçiriləcək “Sumqayıt” – “Səbail” oyunu ilə start veriləcək. Saat 19:00-da başlayacaq qarşılaşma “Kapital Bank Arena”da təşkil olunacaq.

Avqustun 25-də “Sabah” klubu “Keşlə” komandasını qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək görüş saat 18:45-də başlayacaq. Həmin gün oynanılacaq “Qarabağ” – “Qəbələ” qarşılaşması saat 21:00-da start götürəcək.

Turun sonuncu oyunu “Zirə” və “Neftçi” klubları arasında olacaq. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, birinci turda “Qəbələ” öz meydanında “Sumqayıt” klubuna (0:2), “Keşlə” isə “Qarabağ”a (0:1) məğlub olub. “Səbail” komandası öz meydanında “Zirə”ni minimal hesabla məğlub edib – 1:0. “Neftçi” – “Sabah” oyununda qalib müəyyənləşməyib -1:1.

İnterpress.az