Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunan taekvondo üzrə açıq birincilik keçiriləcək

Sentyabrın 21-22-də Şağan Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Tahir Həsənovun xatirəsinə həsr olunan taekvondo üzrə açıq birincilik keçiriləcək.

Dərc edilib: 24 avqust 2019 [12:39]
Baxış sayı: 4724

İnterpress.az xəbər verir ki, yarışda 2002-2004-cü, 2005-2007-ci, 2008-2009-cu, 2010-2011-ci il təvəllüdlü oğlan və qızlar mübarizə aparacaqlar.

Uşaq, yeniyetmə və gənc taekvondoçular arasında təşkil olunacaq turnirin məqsədi bu idman növünü təbliğ və inkişaf etdirmək, ən yaxşı məktəbli taekvondoçuları aşkarlamaq, yığmaya namizədləri seçmək, məktəblərdə taekvondoya marağı artırmaq, məktəbliləri bu idman növü ilə müntəzəm məşğul olmağa cəlb etmək, onların ustalıq səviyyəsini artırmaqdır.

Yarış Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Məktəb İdmanları Federasiyalarının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Taekvondo Federasiyasının dəstəyi ilə beynəlxalq taekvondo qaydalarına uyğun keçirilir.

Turnirdə hər çəki dərəcəsində fəxri yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplom, medallar və xatirə hədiyyələri ilə mükafatlandırılacaq.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 201