Ağcabədili məzunlardan 446-sı tələbə adını qazanıbbackend

Ağcabədili məzunlardan 446-sı tələbə adını qazanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon Təhsil Şöbəsindən İnterpress.az bildiriblər ki, ali məktəblərə qəbul olan gənclərdən 40 nəfəri 500-600 arası, 11 nəfəri isə 600-dən çox bal toplayıb. İmtahanlarda ən yüksək nəticə göstərən Sarıcalı kənd tam orta məktəbin məzunu Yağmur Hüseynova 683,3 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyn məzunu Anar Mamedov 664 bal toplayaraq Bakı Dövlət Universitetinə, Hindarx qəsəbə 1 nömrəli tam orta məktəbin məzunu Nurlan Təhməzov 660 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olublar.

Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə Ağcabədi şəhər 4 nömrəli, Sarıcalı, Salmanbəyli kənd tam orta məktəbləri göstərib. Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbin 15 məzunundan 13-ü, Sarıcalı kənd tam orta məktəbinin 14 məzunundan 10-u, Salmanbəyli kənd tam orta məktəbinin 23 məzunundan 15-i tələbə adını qazanıb.

İnterpress.az