Soyğunçuluq edən şəxslər tutuldubackend

Soyğunçuluq edən şəxslər tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən İnterpress.az-a verilən məlumata görə, avqustun 23-də Nəsimi rayonu H.Aslanov küçəsində iki naməlum şəxs Bakı şəhər sakini V.Əmirovu döyərək 18 manat pulunu alıblar. Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ə.Abbasov və Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Q.Səfərov saxlanılıblar.

22-ci PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə rayon ərazisində törədilmiş soyğunçuluq faktının da üstü açılıb. Belə ki, avqustun 21-də 28 May küçəsində yerləşən parkda naməlum şəxs Bakı şəhər sakini K.Alcanovun cibindən 97 manat pulunu soyğunçuluq yolu ilə götürüb qaçıb.

Hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

İnterpress.az