Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılırbackend

Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı diqqət mərkəzində saxlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FHN-dən İnterpress.az-a bildiriblər ki, Xəzər rayonunun Mərdəkan qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda təşkil olunan tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak ediblər. İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlığı və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

İnterpress.az