Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



“Azəriqaz” qeyri-iş günlərində də xidmət göstərəcək

Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İstehsalat Birliyinin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələrinə zərurət yaranıb.

Dərc edilib: 24 avqust 2019 [15:27]
Baxış sayı: 3019

İstehsalat Birliyindən İnterpress.az-a verilən məlumata görə, artan abonent müraciətlərini operativ cavablandırmaq üçün birliyin kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub.

Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 179