Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycan Orta Asiya Gənclər Festivalında təmsil olunur

Azərbaycan Qazaxıstanda keçirilən Orta Asiya Gənclər Festivalında yeddi nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.

Dərc edilib: 24 avqust 2019 [15:45]
Baxış sayı: 5701

İnterpress.az xəbər verir ki, Almatıda təşkil olunan festivala Azərbaycan ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Türkiyədən 18-29 yaşlı 300-dən çox gənc qatılıb.

Qazaxıstanda Gənclər ili çərçivəsində Birinci Prezident Fondu və Almatı Akimliyi (qubernatorluğu) tərəfindən təşkil edilən festival gənclərin siyasi biliklərini və fəal vətəndaşlıq mövqeyini inkişaf etdirmək məqsədi daşıyır.

Festivalın açılışında Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun icraçı direktoru Aset İsakeşev, Almatı akimi Baxıtjan Saqintayev, İnformasiya və İctimai İnkişaf nazirinin müavini Marat Azilxanov çıxış ediblər. A.İsakeşev forumun Orta Asiya və qardaş xalqların konstruktiv dialoqunun yeni bir modeli olduğunu vurğulayıb.

Festivalın sessiyalarında informasiya texnologiyalarının və kibertəhlükəsizliyin inkişafı, tələbələrin iş və peşə seçimi istiqamətləri, miqrasiya, intellektual kapitalın qorunması və s. mövzular müzakirə olunub.

Siyasi və ictimai xadimlər, gənc liderlər müzakirələrdə və iclaslarda fəal iştirak ediblər.

Festivala avqustun 24-də yekun vurulacaq. (azərtac)

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 176