Əmlakın satışı zamanı əmlak sahibinin vergi öhdəliyibackend

Əmlakın satışı zamanı əmlak sahibinin vergi öhdəliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən İnterpress.az-a bildirilib ki, hüquqi şəxs mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin təqdim edilməsi sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış verginin məbləği alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və gəlirdən çıxılır. Eyni zamanda, ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın satışı (ƏDV nəzərə alınmadan) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

İnterpress.az