Çexiyada internet-mağazalar pozuntulara yol verirbackend

Çexiyada internet-mağazalar pozuntulara yol verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Çexiya KİV-lərinə istinadla xəbər verir ki, son illər getdikcə daha çox insan internetdə alış-veriş edir. Lakin bu sürətli və praktiki ticarət üsulu, eyni zamanda, özündə müəyyən risklər də daşıyır. Çünki alıcılar bir qayda olaraq, internet-mağazalar tərəfindən təqdim edilən müqavilələrin şərtlərini diqqətlə oxumaq imkanına malik deyillər. Prokurorluq əsasən musiqi alətləri, məişət texnikası və avtomobil hissələrinin satışı ilə məşğul olan internet-mağazaları yoxlayıb.

Yoxlanılan müqavilələrdə hazırda qüvvədə olan qanunvericiliyə zidd xeyli sayda bənd aşkarlanıb. Məsələn, mağazalar imzalandıqdan sonra müqavilənin mətninə onun məzmununu özlərinin istədikləri vaxtda və birtərəfli qaydada dəyişdirmək imkanı verən şərtləri daxil edirlər. Bunun nəticəsi olaraq, mağaza müştərinin məhsulun çatdırılması barədə müqaviləni imzalamasından dərhal sonra ödəniləcək məbləği və yaxud çatdırılma müddətini dəyişdirmək imkanına yiyələnir.

Qüvvədə olan qanunvericiliyə görə, müştəri internet vasitəsilə aliş-veriş edərkən 14 gün ərzində səbəb göstərilmədən aldığı məhsuldan imtina edə bilər. Əgər alıcı əldə etdiyi məhsulu qaytarırsa, o halda internet-mağaza alış-verişin dəyərini və poçt xərclərini ödəməyə borcludur. Lakin internet-mağazalar əksər hallarda müqavilələrin şərtlərində məhsulun qaytarılma müddətini daha az göstərirlər və malın yalnız qablaşdırılmanın pozulmayacağı təqdirdə qaytarılmasının mümkünlüyünü qeyd edirlər. Bu da, öz növbəsində, qanunazidd addımdır. Bəzən mağazalar pulun qaytarılmasını daha uzun müddət ləngidirlər ki, buna da qanunla icazə verilir. Prokurorluq aidiyyəti internet-mağazaları aşkar edilən pozuntuları könüllü şəkildə aradan qaldırmağa səsləyib, əks halda qurum bu məsələni məhkəmə qaydasında həll etməyi planlaşdırır.

İnterpress.az