Dünya çempionatının ikinci günündə üç cüdoçumuz mübarizə aparacaqbackend

Dünya çempionatının ikinci günündə üç cüdoçumuz mübarizə aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, təmsilçimiz Nicat Şıxəlizadə (66 kq) vyetnamlı Quoc Xuan, Gültac Məmmədəliyeva (52 kq) mozambikli Jaciro Ferreyra, Larisa Florian (52 kq) isə Honq-Konq cüdoçusu Şuk Ki Çui ilə döyüşəcəklər.

Qeyd edək ki, yarışların ilk günü üç cüdoçumuz mübarizə aparıb. Onların hər üçü yarışı medalsız tərk edib.

Dünya çempionatına Azərbaycan komandası 15 cüdoçu ilə qatılıb. Çempionat çərçivəsində avqustun 31-dək fərdi yarışlar, sentyabrın 1-də isə qarışıq komanda yarışları təşkil ediləcək.

İnterpress.az