Azərbaycan Abxaziyada keçirilmiş “seçkiləri” tanımır – XİNbackend

Azərbaycan Abxaziyada keçirilmiş “seçkiləri” tanımır – XİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma \”prezident seçkiləri\”ni, həmçinin onların nəticələrini tanımır.

Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir.

İnterpress.az