Bakıda ilk dəfə beynəlxalq rəqs yarışması keçirildibackend

Bakıda ilk dəfə beynəlxalq rəqs yarışması keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Red Bull Dance Your Style” müxtəlif küçə üslublu rəqslərini nümayiş etdirən rəqqasların iştirak etdikləri beynəlxalq rəqs yarışmasıdır. Bu yarışma 2018-ci ildə 20 ölkədə keçirilib. Yüksək marağa səbəb olduğuna görə 2019-cu il ərzində dünyanın 30-dan çox ölkəsində və 50 ayrı məkanda keçirilir.

Bakı seçimlərində 16 yerli rəqqas iştirak edib: Zied, Mufayat, Rayman, Bboy Kamran Cfc, Misterio, Zico Firestar, Bboy Question Cfc, Gaijin, Lee, Shifu, Crazybeat, Bboy Button, Xan, Bboy Quattro`J, Molnia, Nemo.

Yarışmada münsif heyəti olmayıb, münsiflər rolunda tamaşaçılar çıxış ediblər. Yarışmanın dünya üzrə finalı oktyabrın 12-də Parisdə keçiriləcək. Azərbaycandan olan qalib-Rayman Parisdə dünyanın ən yaxşı rəqqasları ilə mübarizə aparıb dünya birincisi olmaq şansı qazanacaq.

Tədbirin qonaqları 2017-ci ildə Azərbaycanda keçirilən Red Bull musiqi yarışmasının qalibi DJ Timin təqdim etdiyi musiqilərdən zövq alıblar. Onu da qeyd edək ki, o, DJ Tim 2018-ci ildə Polşada keçirilən Dünya Red Bull musiqi çempionatında Azərbaycanı təmsil edib.

Mərkəzin parkında təşkil olunan yarışmanın sonunda müğənni Rauf Əhmədov çıxış edib.

İnterpress.az