Yaponiya və ABŞ arasında ticarət müqaviləsi gələn ay imzalana bilərbackend

Yaponiya və ABŞ arasında ticarət müqaviləsi gələn ay imzalana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az NHK telekanalına istinadla xəbər verir ki, iki ölkənin liderləri avqustun 25-də Fransada G7 sammiti çərçivəsində bir araya gəliblər. Bildirilir ki, tərəflər arasında növbəti sammitin gələn ay BMT Baş Məclisinin sessiyası zamanı keçirilməsi barədə razılıq əldə edilib.

Bazar günü baş tutan görüş zamanı Ş.Abe Yaponiya və ABŞ nümayəndələrinin görüşündə sənaye və kənd təsərrüfatı sahələrində əldə edilən razılaşmanı alqışladığını bildirib. Baş nazir deyib ki, həmin məmurlar ötən ilin sentyabrında Yaponiya və ABŞ arasında aparılan danışıqlardan sonra qəbul edilən birgə bəyannamə əsasında razılığa gəliblər. Hələ bir sıra məsələlərin işçi səviyyədə həll olunmadığını qeyd edən Ş.Abe, müqavilənin tezliklə imzalanması üçün danışıqların sürətləndirilməsinin vacibliyini vurğulayıb.

Baş nazir əlavə edib ki, o, danışıqlarda əldə edilən tərəqqiyə şaddır və müqavilənin hər iki tərəf üçün faydalı olacağına inanır.

İnterpress.az